Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kölndə Respublika Günü qeyd edilib

Almaniyanın Köln şəhərində “EFİZ – Avropa Əməkdaşlıq Forumu” və “Galereya Art kafe – Art Haus”un birgə əməkdaşlığı ilə Azərbaycanın 28 May -Respublika Günü qeyd edilib.

Yenicag.az xəbər verir ki, “Galereya Art kafe-Art Haus”un rəhbəri Cavid Xanlarov və “EFİZ”-in sədri Samira Patzer-İsmailova qonaqları salamlayaraqonalrı Respublika Günü münasibətilə təbrik ediblər. Daha sonra çıxışına davam edən Samira Patzer-İsmailova tədbirdə iştirak edən əcnəbi qonaqlara bu günün tarixi mahiyyəti barədə geniş məlumat verib. O, şərqdə ilk demokratik respublikanın 1918-ci il mayın 28-də Azərbaycanda qurulduğunu və cəmi iki il sonra bolşeviklər tərəfindən devrildiyini qonaqların diqqətinə çatdırıb. S.Patzer-İsmailova Azərbaycan Demokratik Respublikasının (ADR) yaranma tarixi ilə yanaşı, uğurlarından dadanışaraq, qadınların kişilərlə bərabər hüquqularla təmin olunması, qadınlara seçki hüququnun verilməsi, alman, yəhudi, rus, polyakvə digər milli azlıqların ADR parlamentində təmsil olunması, xarici siyasətdə və təhsil sahəsində nailiyyətlər əldə edilməsini xüsusi vurğulayıb.

Daha sonra Samira Patzer-İsmailova müasir Azərbaycanın bu nailiyyətlərin davamçısı olaraq, yeni inkişaf mərhələlərini keçdiyini və Azərbaycan RepublikasıPrezidenti İlham ƏliyevinAzərbaycanXalq Cümhuriyyətinin 100 illikyubileyihaqqındasərəncamimzaladığınıqeydedib.

Tədbirdə çıxış edənBundestaqın sabiq üzvü, Alman–Azərbaycan Forumunun sədr müavini Helga Daub Azərbaycanın Şərq-Qərb körpüsü, qədim mədəni sərvətlərin vətəni, müasir beynəlxalq tədbirlərin təşkilatçısı kimi əhəmiyyətli rolundan bəhs edib. O, Azərbaycana qarşı Avropa mediasında olan qərəzli münasibətə toxunaraq, öz fəaliyyətində Azərbaycanda baş verən proseslərə ədalətli qiymət verilməsinin tərəfdarı olduğunu deyib. Çıxışının sonunda o azərbaycanlıları bir daha müstəqillik, demokratik ənənələrə əsaslanan dövlətçilik bayramı münasibəti ilə təbrik edib.
Tədbirin bədii hissəsində isə Samira Patzer-İsmailova Azərbaycan musiqi tarixi və professional musiqinin banisi Üzeyir Hacibəylinin haqqında məlumat verib. Daha sonra Almaniyada təhsil alan pianoçu Togrul Hüseynlipianoda ifası ilə tədbiri davam etdirib. Alman və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edərək pianoçu çıxışını “Sarı Gəlin”Azərbaycan xalq mahnısı iləyekunlaşdırıb.

Tədbir çərçivəsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil olunub.

Qeyd edək ki, bayram tədbiri Cavid Xanlarovun rəhbəri olduğu “Sauer konsert zali”nda baş tutub. Gecədə Alman-Azərbaycan Forumunun idarə heyətinin nümayəndələri, yerli ictimaiyyətinin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak edib.

Yenicag.az

www.yenicag.az

494
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100