Komissiyasının sədri seçkidə iştirak etdi
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermədə iştirak edib.
M.Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. MSK sədri bələdiyyə seçkilərinin baş tutduğunu deyib.
O, guya büllütenlərin kütləvi halda qutuya salınması ilə bağlı sosial şəbəkədə yayılan videoadan da danışıb. MSK sədri kadrlarla bağlı araşdırma aparıldığını deyib: “Pozuntularla əlaqədar hələlik komissiyaya heç bir müraciətin daxil olmayıb”(ans).