Komitə sədri bölgələrdəki həkim çatışmazlığından danışdı

media-hightechnic-468x90

 

“Gələn il səhiyyə üzrə daha 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Bu proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz və daha 4 klinik sahəni əhatə edəcək. Bununla da İTS ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları qalır ki, onlardan da biri onkologiyadır. Bu proqramların da sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur”.

Yenicag.az  xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, əhalinin tibbi sığortadan gözləntilərindən biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır: “Milli Məclis bu məsələ ilə bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişikliklər edib. İnanıram ki, xəstələrin səbrsizliklə gözlədiyi bu problem növbəti ildə həllini tapacaq. Əhalini narahat edən digər məsələ onlara göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdə olan tibb məntəqələrinin böyük qismi istifadəyə yararsız vəziyyətdədir, ciddi kadr çatışmazlığı var”.

Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Biz sizinlə bu barədə danışmışdıq, tibbi sahədə çox böyük islahatlar gedir. Dediyiniz məsələlər, həkimlərin çatışmazlığı və s. böyük paket hazırlanır. Ümidvarıq ki, bu, çox yaxınlarda həyata keçəcək”./Unikal//

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa