Dözülməz istilərdən xilas olmaq üçün istifadə olunan kondisionerlər günəş qripinə səbəb olur.
Yenicag.az xəbər verir ki, yay aylarında tənəffüs yollarında yaranan infeksiyalar uzun müddət keçmir. Buna səbəb orqanizmin təbii temperaturunun kondisionerlə soyudulmuş məkanın temperaturuna uyğunlaşa bilməməsidir. Bundan əlavə, kondisioner otaqdakı rütubəti də azaltmaqla mikroorqanizmlərin hərəkətini sürətləndirir və infeksiyaların yayılmasına səbəb olur.
Bu cür hallarla qarşılaşmamaq üçün otaq tez-tez havalandırılmalı və otaqdakı rütubətin miqdarı tənzimlənməlidir.
– Kondisioneri tez-tez yandırıb, söndürməyin;
– Dərəcəni çox aşağı salmayın;
– İdeal temperaturu əldə etdikdən sonra fasilə verməyin;
– Gecə yatanda kondisioneri açıq saxlamayın. Çox ehtiyac yarandıqda isə otaq temperaturunu 22-23 dərəcədə saxlayın;
– Otağın havasını dəyişməyi unutmayın.
www.yenicag.az