Kondisioner isti yayı rahat keçirməyə imkan verir. Lakin kondisionerdən düzgün istifadə etmək lazımdır ki, sağlamlığa ziyan vurmasın.
Yenicag.az kondisionerin işlətməsi ilə bağlı vacib qaydaları sizə təqdim edir:
1. Kondisioner bir çoxları fikirləşdiyi kimi çöldən havanı içəriyə buraxmır, yalnız otaqda olan havanı sərinləşdirir. Odur ki, kondisioner işləyən otağın bütün pencərələri bağlı olduqda havada olan oksigenin miqdarı getdikcə azalır və bu da insan sağlamlığı üçün çox ziyanlıdır. İnsanda halsızlıq, yuxululuq, yorğunluq kimi əlamətlər meydana gəlir.
Bu səbəbdən kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim təmiz havanın axını təmin olunsun. Yeri gəlmişkən bəzi insanlar fikirləşdiyi kimi bu kondisonerə ziyan vurmur.
2. Kondisioner havanı çox qurudur. Selikli qişalarımız quruyanda orqanizmi allergen, mikrob və bakteriyadan yaxşı qoruya bilmir ki, nəticədə allergiya və soyuqdymənin riski də artır.
3. Kondisionerin filtrlərini tez-tez təmizləmək lazımdır. Filtrlər tutulduqda onların üzərində ziyanlı mikroblar artmağa və sonra da evə yayılmağa başlayır.
4. Kondisionerin temperaturunu 24-25 C-dən aşağı qoymağı tövsiyə edilmir.
5. Ürək xəstəlikləri olan insanlar kondisionerdən mümkün qədər az istifadə etməli, ventilyatora üstünlük verməlidir. Evdən çölə çıxanda temperaturların kəskin fərqi onlarda ürək tutmasına səbəb ola bilər./Saglamolun/
www.yenicag.az