!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qamətinizin düz olmasını istəyirsinizsə, bunları etməyin

!Reklam – Yazi

Biz çox fikir verməsək də, hamımız oturub-duranda müəyyən formalara daha çox öyrəşirik. Bunlardan bir qismi vaxt keçdikcə qamətimizə və ümumi sağlamlığımıza mənfi təsir göstərə bilər.

Yenicag.az medicina.az-a istinadən sizə sağlamlığımıza mənfi təsir edən və tez-tez rast gəlinən vərdişləri təqdim edir:

Başı aşağı telefon işlətmək

Demək olar ki, müasir həyatı telefonsuz təsəvvür etmək mümkün deyil. Smartfonlar gündəlik işlərimizdə vacib köməkçimizdir. Amma bəzi hallarda smartfondan istifadə etdikdə biz başımızı qarşıya aparıb uzun müddət çox narahat bir pozisiyada qalırıq. Məsələ ondadır ki, bizim başımızın çəkisi bədənimizin orta oxundan uzaqlaşanda 25-30 kiloya qədər qalxır. Bu da boyun əzələ və onurğa strukturlarının həddən artıq yüklənməsidir. Bu isə gələcəkdə onurğa sütununun zədələnməsinə səbəb ola bilər. Bunu aradan qaldırmaq üçün telefon işlətdikdə onu göz səviyyəsində saxlamaq məsləhətdir.

Uzun müddət oturaq halda qalmaq

Çox oturanda vücudumuzun əzələləri və onurğamızın strukturları həddən artıq yüklənir, zəifləyir və zədələnməyə daha meylli olur. Bu bir müddətdən sonra ağrı və digər problemlərə yol aça bilər. Bir vaxtlar xarici tibdə geniş yayılmış “oturmaq vərdişi-yeni siqaret çəkmək vərdişidir” ifadəsi mübahisəli olsa da, həqiqətən oturaq və hipodinamik həyat tərzinin sağlamlığımıza mənfi təsiri haqqında müasir tibdə çox məlumatlar var.

Beləliklə, iş rejiminiz oturaqdırsa, çalışın hər 20-30 dəqiqədən bir durun və 2-3 dəqiqə hərəkət edin. Bu əzələ və onurğa strukturunun qan dövranı üçün vacibdir.

Telefonu çiynimizlə saxlama vərdişi

Adətən vaxt çatışmazlığı bizi eyni anda bir neçə iş görməyə vadar edir. Bir çoxumuz telefonla danışanda əllərimizlə başqa iş görmək istəyir və bu səbəbdən onu çiyinlə sıxıb saxlayırıq. Bu vərdiş çiyin, boyun, kürək əzələləri həddən artıq yükləyir və strukturlarda gərginlik yaradır. Bunun əvəzində iş görəndə xüsusi qulaqcıqlardan istifadə edin.

Başı önə aparıb monitora baxmaq

Saatlarla monitora baxanda düz qaməti saxlamaq çox çətindir. Çiyinlərinizi yığıb başınızı çox qabağa aparırsınızsa bədəninizin normal biomexaniki yüklənməsi dəyişir. Boyunun təbii lordozu pozulur, əzələlər və vətərlər gərginləşir.

Monitorun qarşısında oturarkən başınızı düz saxlamağa çalışın, çiyinlərinizi qabağa yığmayın. Yadınızda saxlayın ki, qulağınız və çiyniniz eyni vertikal oxda olmalıdır. Bunun üçün iş yerinizin təşkilinə fikir verin. Klaviatura rahat yaxın məsafədə, monitor göz səviyyəsində olmalıdır.

Ayağı ayağın üstünə qoyub oturmaq

Tez-tez rast gəlinən vərdişlərimizdən biri də bu hərəkətdir. Belə pozisiyada oturanda biz çanaq, bel, bud nahiyəsinin, əzələlərin və oynaqların balansını pozuruq. Eyni zamanda ayaqlarda sinir və damarlar sıxıla bilər. Bəzi insanlarda bu hətta ayaqlarda keyləşmə, normal hərəkətin məhdudlaşması və digər simptomlar verə bilər. Simptomlar keçici olsa da, sinir sıxılması barədə siqnal verir.

COP29

www.yenicag.az

5549
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv