Kontenti silməməyin CƏZASI: “TikTok”a 4 milyonluq cərimə kəsildi

media-hightechnic-468x90

Populyar sosial şəbəkələr sırasında olan “TikTok” Rusiyada ard-arda cərimələrlə üzləşib. 

media-banner_tkm

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Moskvanın Taqanka rayon məhkəməsi “TikTok”un 4 milyon rubl (təqribən 69 min AZN) məbləğində cərimə olunması haqda qərar qəbul edib.

Məlumata əsasən, cərimənin səbəbi “TikTok”da yerləşdirilən və Rusiya qanunlarına zidd olan kontentin silinməməsidir.

Məhkəmə buna görə “Tik-Tok”un inzibati hüquq pozuntusuna yol verdiyini müəyyənləşdirib və uyğun qərar verib.

Nəticədə “Tik-Tok”un 1 milyon və 3 milyon rubl məbləğində cərimələnməsinə dair iki hökm çıxarılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05