Körfəzdə xaos anonsu: "Müharibə uzun müddət davam edəcək"

media-hightechnic-468x90

“Trampın İranı təhdid etməsi müharibənin uzun sürəcəyinə işarədir”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Politoloq ABŞ-İsrail və İran arasında davam edən hərbi münaqişənin gedişatını şərh edərək bildirib:

“Bu gün İran, ABŞ və İsrailin hərbi müdaxiləsinə gözləniləndən qat-qat artıq dirəniş göstərir. Müharibənin ilk günlərində beynəlxalq aləm və xüsusilə İsrail İran məsələsinin qısa müddətdə köklü şəkildə həll olunacağını düşünsə də, reallıq fərqli oldu. İran hakimiyyəti verdiyi böyük itkilərə baxmayaraq, ciddi müqavimət nümayiş etdirir; tərəflər arasında ağır və qanlı döyüşlər davam edir. ABŞ və İsrail birləşmələrinin endirdiyi zərbələr cavabsız qalmır, əksinə, Tehran daha şiddətli qarşılıq verir. Amerikanın Körfəz ölkələrindəki hərbi bazalarının və ərəb dövlətlərinin münaqişəyə cəlb edilməsi istiqamətində atılan addımlar vəziyyətin son dərəcə xaotik və təhlükəli məcraya yönəldiyini göstərir”.

S. Kərimli hər iki tərəfin qarşılıqlı bəyanatlarının müharibənin uzanacağına dəlalət etdiyini diqqətə çatdırıb:

“SEPAH başda olmaqla, İranın rəsmi dairələri hər iki ölkəyə qarşı sərt bəyanatlar səsləndirirlər. Onlar hərbi əməliyyatların sona qədər davam etdiriləcəyini və ABŞ-İsrail ittifaqının ciddi şəkildə sarsılacağını qətiyyətlə vurğulayırlar. İran müharibənin dayandırılması üçün bir neçə bənddən ibarət sərt şərtlər irəli sürüb. Görünən odur ki, qarşı tərəf bu tələblərlə heç vaxt razılaşmayacaq. ABŞ tərəfi də öz növbəsində əzələ nümayiş etdirərək İrana qarşı kəskin ritorika seçib. Trampın İranı hədələməsi və tərəflərin qarşılıqlı təhdidləri bu müharibənin hələ uzun müddət davam edəcəyindən xəbər verir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05