Sabahdan etibarən koronavirusa yoluxan və ağır simptomları olan xəstələr “Yeni klinika”da müalicə alacaqlar.
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Prezidenti İlham Əliyevə xəstəxanada yaradılan şərait barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.
www.yenicag.az