Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusa yoluxanların sayı 71 mindən çox artıb

Dünyada yeni koronavirusa yoluxanların sayı son suktada 71 mindən çox artdı ki, bu da əvvəlki gündən 5 min nəfər azdır. Təsdiq edilmiş ölüm hallarının sayı 5 mindən çox artıb ki, bu da əvvəlki gündən bir qədər azdır.

Yenicag.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik məlumat bülletenində bildirilib.

Bildirilib ki, dünyada 1 844 863 yoluxma və 117 021 ölüm halı qeydə alınıb. Sutka əzrində yoluxanların sayı 71,779, ölənlərin sayı isə 5369 nəfər artıb. Ən çox yoluxma və ölüm halı Avropada qeydə alınıb: müvafiq olaraq 943,272 və 80,712 hal. Sutka ərzində orada yoluxanların sayı 29 923, ölüm halları isə 3293 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 644 986 nəfər koronavirusa yoluxub, 25 551 nəfər ölüb. Sutkada yoluxanların sayına görə (34 244 nəfər) bu bölgə Avropanı qabaqlayıb. Ancaq son 24 saat ərzində ölüm halları orada daha azdlr – 1792.

Dünyadakı yoluxmaların sayına görə üçüncü yeri, xüsusilə Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. Aprelin 14-nə olan məlumata görə, orada 122 805 yoluxma və 4161 ölüm halı aşkar edilib.

Ən çox xəstələnmə ABŞ-da qeydə alınıb – 553 822. Daha sonra İspaniya (169.496), İtaliya (159.516), Almaniya (125.098), Fransa (97.050), Böyük Britaniya (88.625), Çin (83.696), İran (73 303), Türkiyə (61 049) və Belçikadır (30 589).

Loading...

www.yenicag.az

321
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100