Çin koronavirusun səbəb olduğu pnevmoniya ilə mübarizə üçün 66,74 milyard yuan (hazırkı məzənnə ilə 9.56 milyard dollar) ayırıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda bu məbləqin 28,48 milyard yuan (Təxminən 4,08 milyard dollar) artıq xərclənib.
Ayrılan vəsait koronavirusla mübarizədə subsidiyaların verilməsi, həmçinin tədqiqat işlərinin aparılması və ən vacib mal və ərzaq ehtiyatlarının toplanması üçün istifadə olunur.