Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 290 şəxs barəsində 203 cinayət işinin ibtidai İstintaqı tamamlanıb, onlardan 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Məhkəmələrə göndərilmiş 226 şəxs barəsində 158 cinayət işindən 40 şəxs barəsində 29 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 55 şəxs barəsində 40 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 16 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 21 şəxs barəsində 15 iş rüşvət alma (passiv rüşvətxorluq), 21 şəxs barəsində 15 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, 21 şəxs barəsində 14 iş cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, 11 şəxs barəsində 10 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, habelə qalanları digər faktlarla əlaqədar olub./unikal
www.yenicag.az