Kreml Merzin Putinlə bağlı sözlərinə əhəmiyyət vermədi

media-hightechnic-468x90

Almaniya kansleri Fridrix Merz Rusiya lideri Vladimir Putin haqqında çoxlu “pis bəyanatlar” verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Peskov izah edib ki, alman siyasətçinin fikrini indi nəzərə almaq mümkün deyil.

“Merz son saatlar ərzində çoxlu pis bəyanatlar verib, ona görə də onun fikrini hazırda nəzərə almaq mümkün deyil”, – Kreml sözçüsü bildirib.

Qeyd edək ki, Almaniyanın “Sat1” kanalına müsahibə verən Fridrix Merz Rusiya prezidenti haqqında sərt açıqlamalar verib və onu “ən təhlükəli hərbi cinayətkar” adlandırıb. Almaniya kanslerinin fikrincə, Rusiya “iqtisadi cəhətdən tükənməlidir”. Merz onu da əlavə edib ki, Qərb Rusiyaya güzəştə getməməlidir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05