Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında birbaşa danışıqlar aparmaq təklifi ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov hazırda belə bir görüş üçün heç bir əsasın olmadığını bildirib.
Peskov Rusiya mətbuatına açıqlamasında deyib ki, Putinin Ukrayna lideri Zelenski ilə görüşməsi üçün hər iki tərəfin danışıqlar aparan nümayəndə heyətləri, ilk növbədə, öz “ev tapşırığını” etməlidir.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh danışıqları son aylarda dalana dirənib, iki ölkə danışıqların uğursuzluğuna görə bir-birini günahlandırır.
Yalnız Türkiyə atəşkəs danışıqlarını bərpa etmək üçün diplomatik səylərini davam etdirir.
www.yenicag.az