“Krokus”da terror aktı zamanı yaralanan xəstə xəstəxanada dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə səhiyyə naziri Mixail Muraşko bildirib. O deyib ki, terror aktı zamanı yaralananlardan daha biri xəstəxanada dünyasını dəyişib.
“Krokus”da terror aktı zamanı yaralanan xəstə xəstəxanada dünyasını dəyişib, onun vəziyyəti çox ağır idi”, – nazir deyib.
Muraşko həmçinin bildirib ki, “Krokus”dakı terror aktından sonra 98 nəfər xəstəxanalardan buraxılıb, 69 nəfər xəstəxanada müalicə olunur. Onlardan biri son dərəcə ağırdır.
Xuraman Etibarlı
www.yenicag.az