Kürdlər İraqla bütün bağları qoparır
Dünən Şimali İraqda bütün Yaxın Şərq aləmi ciddi şəkildə narahat edən hadisələr yaşandı.
Türk mətbuatının verdiyi məlumata görə, İraq Baş naziri Maliki Şimali İraq Kürd muxtariyyətini İŞİD silahlılarının Bağdada hücumuna şərait yaratmaqda günahlandırıb. Baş nazir televiziya ilə çıxışında Ərbili “terror yuvası” adlandırıb və yerli hakimiyyəti bu cür səhv addımlar atmamağa çağırıb.
Bundan qəzəblənən muxtar idarəçilik paytaxtda vəzifədə olan bütün kürd vəzifəlilərini, o cümlədən nazir və deputatları geri qayıtmağa çağırıb.
Ekspektlər bunu İraqın mərkəzi hakimiyyəti ilə bütün bağlarını qoparmaq cəhdi və Kürdistanın rəsmən elan olunması istiqamətində atılmış ciddi addım kimi qiymətləndirirlər.
Məlumdur ki, İraqın demək olar ki, bütün qonşuları bölgədə kürd dövlətinin qurulmasına qarşı çıxır və bunu İsrail proyekti adlandırırlar. Belə bir vəziyyətdə kürdlərin müstəqilliyini elan etməsinin Yaxın Şərqdə onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirəcəyi gözlənilir.