Türkiyənin məşhur seriallarından olan “Payitaht Abdulhəmid” yeni sezona çox güclü şəkildə hazırlaşır.
Yenicag.az xəbər verir ki, seriala daha beş məşhur aktyor qatılıb.
Belə ki, Güven Kıraç, Gürkan Uygun, Başak Daşman, Erdem Ergüney və Alay Cihan baş rolunu Bülent Ünalın oynadığı serialda rol alıblar.
TRT-nin məşhur serialında Güven Kıraç “Vambery”, Gürkan Uygun “Halil Halid”, Başak Daşman “Şivenaz Xatun”, Erdem Ergüney “İzzet Holo Paşa”, Alay Cihan isə “Trabzonlu Ali Paşa” rolunu oynayacaqlar.
Qeyd edək ki, Gürkan Uyğun “Kurtlar Vadisi” serialındakı “Memati”, Erdem Ergüney isə “Dəli Hikmət” rolları ilə məşhurlaşıblar.