İki müğənni arasında QARŞIDURMA: “Mənə sataşma, dünyanı dağıdaram”
Müğənni Kəmalə Nəsibova ilə həmkarı Qumral arasında qarşıdurma yaşanıb. Buna Kəmalənin “Məni çağırsalar, gecə saat 2-də də gedib haradasa oxuyaram” sözlərinə Qumralın atmacası səbəb olub.
Yenicag.az xəbər verir ki, Kəmalə “Tarixin bir günü” verilişində qarşı tərəfi “ağ yuyub, qara sərib”:
“Ay xanım, səni heç gündüz çağırmırlar oxumağa. Sən, ümumiyyətlə, kimə lazımsan, başına dönüm? Mən sənətkaram, sənətdən danışıram. Gəlib burada danışırlar, gic-gic hərəkətlər edirlər, oxumağı bilmirlər. Sizin ananıza hörmətim var, yaxşı qadındır, amma sən danışma. Mənə sataşmaq olmaz.
Çıxıb deyir, canım, biz o müğənnilərdən deyilik ki, gecə saat 2-də gedib kabinetlərdə oxuyaq. Sənin, ümumiyyətlə, müğənnilikdən xəbərin var?! Sən hansı təhsili görmüsən?! Mənimlə sənin nə alış-verişin?! Mən elə xanəndəyəm ki, elə insan zəng edər, gecə də gedib onun ailəsinin qarşısında oxuyuram. Çünki onlar mənim dostlarımdır və hörmətimi saxlayırlar. Söhbət mənim dostlarımdan gedir. Mənim həyat yoldaşım yoxdur, qeyrətli oğlum var. Mənim haqqımda kimsə söz deyə bilməz, dünyanı dağıdaram. Sən yanında bir fiqur saxlayıb, deyə bilməzsən, mənim ərim var. Sən, ümumiyyətlə, oxuya bilirsən?!”
Nehru