Kütləvi məzarlıq aşkarlandı
İraqın Mosul şəhərində 30-dan çox adamın dəfn olunduğu kütləvi məzarlıq aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə insan haqları aktivisti Loğman Mirzo məlumat verib. Mirzo bildirib ki, mülki yəzdilərin dəfn olunduğu kütləvi məzarlığa Sincar dağı ətəyindəki toyuq fermasında rast gəliblər.
Mirzo deyib: “Qazılan xəndəkdə qadın və uşaqlara aid cəsədlər var idi”.
Qeyd edək ki, 3 avqustda hücum təşkil edərək Sincar rayonunu ələ keçirən İŞİD əsir götürdüyü yəzdiləri müsəlman olmağa məcbur etdiyi görüntüləri internetə ötürmüşdü. Peşmərgənin geri çəkilməyə məcbur olduğu bölgədən on minlərlə insan qaçaraq Ərbilə sığınmışdı. Kəndlilər və maşını olmayanlar isə qaçaraq dağa çıxmışdı.