Ledi Qaqanın vəziyyəti ağırdır? - Konsertləri ləğv olundu

media-hightechnic-468x90

Hollivud ulduzu Ledi Qaqa bir sıra konsertlərini ləğv edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin güclü ağrılarının olmasıdır. Hollivud ulduzunun rəsmi Tvitter səhifəsində: “Təəssüf ki, Ledi Qaqa güclü ağrılardan əziyyət çəkir və bu, müğənninin canlı performansına təsir göstərir. Bu səbəbdən, o, bütün konsertləri təxirə salıb”, – sözləri yer alıb.

Qeyd edək ki, müğənni London, Mançester, Kopenhagen, Rio-de Janeyro və s. şəhərlərdə konsert proqramı ilə çıxış etməli olub.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa