Lənkəranda YANĞIN: İki uşaq faciəli şəkildə öldü

media-hightechnic-468x90

Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Yenicag.az FHN-nə istinadla xəbər verir ki, yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilib. Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Lakin digər 2 uşağın – 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Qudsun xəstəxanaya gətiriləndə vəfat etdikləri məlum olub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600