Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Lənkəranskinin "qardaşı"nı öldürmək istədilər - "Lotu Quli"dən şok həmlə - VİDEO

2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi və mənəvi qardaşı sayılan Xəmzət Qastəmirova qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə Rusiyanın Pyatiqorsk şəhərində baş verib.

Maraqlıdır ki, ona qarşı sui-qəsd planını həyata keçirmək istəyən şəxs bir vaxtlar “Şeyx Xəmzət”in klanına daxil olan “Timur Dikiy” (Tamaev) olub.

İddiaya görə, “Timur Dikiy” bir müddət əvvəl digər azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifovla birləşib.

Hadisənin təfərrüatına gəlincə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Ağayar adlı şəxsin birindən 12 milyon rubl alacağı olub. Lakin qarşı tərəf sözügedən məbləği ödəmək niyyətində olmayıb. Nəticədə Lənkəran şəhərindən olan Ağayar pulun geri alınması üçün “Şeyx Xəmzət”ə müraciət edib. Adıçəkilən Ağayarın özü isə Rövşən Canıyevin ailəsinə yaxın şəxslərdən olub. Ağayarın müraciətindən sonra “Şeyx Xəmzət” məbləğin alınması prosesini “Timur Dikiy”ə tapşırıb.

                                  Ağayar

 

Qastəmirovdan xəbərsiz “Lotu Quli” ilə birləşən Tamayev isə “Şeyx Xəmzət”ə sui-qəsd planı hazırlayıb. O, guya pulu aldığını və Pyatiqorskda görüşüb məbləği təhvil verəcəyini deyib. Pulun ödənilməsi prosesi Stavropolda gerçəkləşməli idi. Bu bəhanə ilə “Şeyx Xəmzət”i Qroznıdan adıçəkilən şəhərə dəvət edən “Timur Dikiy” pul ödəmək əvəzinə, sui-qəsdə cəhd edib. Lakin Qastəmirovun mühafizəni güclü təşkil edilməsi sui-qəsd cəhdinin uğursuz olması ilə nəticələnib.

                               “Timur Dikiy”

Hadisədən dərhal sonra “Timur Dikiy” Qazaxıstana qaçıb. Bundan başqa o, bir vaxtlar eyni klanda olduğu “Şeyx Xəmzət”i sosial şəbəkədə canlı yayım açaraq təhqir edib.

www.yenicag.az

9124
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS