“Әli Kərimli milli maraqları qrantlarla barter edir”

media-hightechnic-468x90

10850638_10203170901933027_763548380_nSəbuhi Abbasov: “NİDA-çıların əfv ərizəsi yazması müxalifətin ən biabırçı “uğurudur”

“NİDA-çı gənclər bir-birilərinin ardınca əfv ərizələri yazırlar. Təbii ki, bu müəyyən mənada təqdirəlayiq haldır. Əgər bir gənc səhvini başa düşərək özünü islah etməyə cəhd edirsə bu artıq sevindirici məqamdır. Çünki onlar da bu ölkənin vətəndaşı, gəncləridirlər”.

Bu fikirləri saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov “NİDA”çı gənc Əbdül Əbilovun Prezident İlham Əliyevə əfv məktubu ünvanlamasına münasibətini açıqlayarkən deyib.

“Lakin burda başqa bir məqam da var. Bu proses nə vaxta qədər davam edəcək? Düşünürəm ki, bu kimi hadisələrə vətəndaş cəmiyyəti ciddi şəkildə münasibət bildirməlidir. Bu gün hər bir Azərbaycan gəncinin potensial imkanları səmərəli fəaliyyətə köklənməlidir. Biz müxalifətin gənclərin imkanlarından öz maraqları naminə istifadə edərək lazımsız əşya kimi yanaşmalarına göz yummamalıyıq. Bu dözülməzdir. Artıq bir neçə gəncin əfv ərizəsində ruh düşkünlüyü, psixoloji sarsıntı məqamlarını hiss edirik. Gənclərin öz potensialını ortaya qoymaları üçün Cənab Prezidentin təşəbbüsü ilə altı istiqamətdə fondlar yaradılıb. Gənclər müxtəlif təkliflərlə bu fondlara müraciət edərək öz ideyalarını reallaşdıra bilərlər. NİDA-çıların əfv ərizəsi yazması müxalifətin ən biabırçı “uğurudur”. Hadisələr onu göstərir ki, milli maraqları qrantlarla barter edən Əli Kərimli dəstəsi bundan sonra da öz çirkin niyyətlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Bu məqamda əsas məsuliyyət QHT-lərin üzərinə düşür”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600