Liderlər bayramı Həkəri sahilində qeyd etdilər - YENİLƏNDİ / VİDEO-FOTO
Laçında Həkəri çayı sahilində 28 May – Müstəqillik Gününə həsr edilən konsert keçirilir.
Yenicga.az xəbər verir ki, konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutur.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan lideri tədbirdə çıxış edib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış ediblər.
***17:01
Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir.
Yenicag.az xəbər verir ki, konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutur.
Tədbirin əvvəlində hər üç ölkənin Dövlət Himni səsləndirilib.