!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Limanlarda ekstremal vəziyyət - Azərbaycana giriş qadağan olundu

!Reklam – Yazi

Martın 28-də Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Milli Mərkəzə daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Milli Mərkəz gözlənilən hava şəraitini nəzərə alaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən, dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirib.

1. Müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb.

2. Azərbaycan Respublikasının bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin cıxışına və girişinə qadağa qoyulub.

3. Azərbaycan Respublikasnın limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb.

4. Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb.

5. Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.

6. Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir.

7. Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilər ilə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

8. Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən, lazımi tədbirlər həyata keçiriləcək.

9. Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir.

Daxil olan məlumata əsasən, 31 mart 2018-cil il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.

COP29

www.yenicag.az

2267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv