Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Messi Dünya Çempionatından danışdı: “Nigeriya həmişə bizə meydan oxuyub”

Reklam: Sinerji Pro

“Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi 2018-ci ilin Dünya Çempionatında komandasının perspektivlərini qiymətləndirib.

Yenicag.az xəbər verir ki, futbolçu deyib: “Mən “Barselona” ilə çempionluğu yığmanın heyətində çempionluğa dəyişərdim. Argentina yığması ilə bu titulu qazanmaq unikal hadisə olardı”.

L.Messi daha sonra deyib: “Amma dünya çempionu ola biləcəyimiz, çünki yaxşıların yaxşısı olduğumuz barədə məlumatlar yaymaq lazım deyil. Reallıq başqadır.

Qrupdakı rəqiblərimizə gəldikdə isə İslandiya sonuncu Avropa çempionatında göstərdi ki, hər hansı komanda üçün çətin opponentdir.

Xorvatiya yığmasının yaxşı yarımmüdafiəçiləri var. Onlar İspaniya yığması tərzində, amma daha zəif oynayırlar. Nigeriyaya gəldikdə isə bu yığma bizə həmişə meydan oxuyub”.

www.yenicag.az

768
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS