Liviyanın Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, intiharçı terrorçu idarə etdiyi avtomobili Liviya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə çırpıb.
Partlayış nəticəsində daha 3 hərbçi yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
www.yenicag.az