Lotereya oynadı və tutuldu
Gəncə şəhər sakininin qanunsuz lotereya oyunları təşkil etməsi müəyyən edilib.
Yenicag.az aznews-a istinadən bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən İlqar Sultanovun şəhər ərazisindəki evlərdən birində qanunsuz lotereya oyunları təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı oyun çekləri, “Postleks” markalı çek aparatı, televizor, noutbuk, istifadə olunmamış lotereyalar aşkar edilərək götürülüb.