Lotoreyadan pul qazandı: malikənə aldı
İngiltərədə lotoreyadan 108 milyon sterlinq (təxminən 131 milyon yarım AZN) qazanan Neil Trotter, özünə tarixi bir malikanə alıb.
Malikanənin qiyməti 5 milyon sterlinqədir, səkkiz yataq otağı, bağçasında isə göl var.
“EuroMillions” şans oyununda mart ayında böyük hədiyyəni qazanan 41 yaşlı bəxtəvər, həyat yoldaşı 33 yaşlı Nikki Ottavey ilə malikanəsində yaşayacaq.
Əvvəllər avtobus sürücüsü işləyən Neil Trotter, idman avtomobilləri və Ottaveyin atları üçün daha geniş bir evə ehtiyac duyduqlarını söyləmişdi.
(anspress.com)