“Lotu Quli”nin adamı həbs olundu – FOTOLAR – Yenicag.Az

Reklam

Reklam

Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşları azərbaycanlı “qanuni oğru”nu həbs edib.

Yenicag.az xəbər verir ki, söhbət Əliyev Orxan Qulu oğlundan gedir. Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun klanına daxil olan kriminal avtoritetin Gürcüstanda və Azərbaycanda cinayətkar fəaliyyətlə məşğul olduğu bildirilib.

O, Şuçinskdə qaldığı mehmanxanada tutulub. Üzərində tapança, patron, döyüş qumbarası və narkotik vasitə aşkarlanıb. Əliyev Orxan saxlanılan zaman özünü “qanuni oğru” kimi təqdim edib.

Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev bildirib ki, “qanuni oğru” Tiflisdən Qazaxıstana gəlib. O, Qazaxıstanda və Tiflisdə yaşayan azərbaycanlıları, onların ailələrini və qohumlarını şantaj etmək niyyətilə gəldiyi bildirilib.

Azərbaycanlı “qanuni oğru” hazırda müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2044
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."