"Maddiyyat üçün nə gəldi oxuyurlar" - Xalq artisti
“Hər şey maddiyyatla ölçülmür”.
Yenicag.az xəbər verir ki, bu sözləri vokal ifaçısı, Xalq artisti Samir Cəfərov “Qonaqcanlı” verilişində deyib.
Yetirmələrindən bəhs edən sənətkar onların bəzilərinin sənət deyil, maddiyyat ardınca getdiklərini vurğulayıb:
“Dərs dediyim tələbələrə öz ifa tərzimi öyrətmirəm, sadəcə nəfəs və səs tellərinin əlaqəsini aşılayıram. Nə qədər səsləri olsa da, onlara ‘mütləq bunu oxumalısan’ deyə bilmərəm, bu, olmaz. Amma elə potensiallı və gözəl səsə malik gənclər var ki, düşünürəm, filan əsəri oxusalar, əla olardı. Təəssüf ki, onlar gündəmdə qalmaq və maddi rifahlarını yaxşılaşdırmaq üçün hansı mahnı olsa, oxuyurlar”.
Müğənninin “Bəs siz niyə janrınızı dəyişmədiniz?” sualına cavabı isə belə olub:
“Mən o dövrdə ulu öndərin xeyir-duası ilə bu sənətə gəldim. Düşündüm ki, klassik Azərbaycan musiqimizi yaşatmaq missiyası mənim çiynimdədir. Səsimi məhz klassik əsərlərimizə görə qoruyuram. Hər şey maddiyyatla ölçülmür, insanın mənəvi dünyası da var. Musiqiçi olduğunu hiss etmək üçün gərək öz istədiyin, dəyərli əsərləri oxuyasan”.
Nehru













