Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 5555 manat dəyərində ehtiyyat hissələrini oğurlayıb metal qəbulu məntəqəsinə satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini F.Hüseynov polisə müraciət edərək Ələt-Astara magistral yolunun kənarında, rayonun Digah kəndi ərazisində yerləşən ona məxsus traktor ehtiyyat hissələri mağazasından müxtəlif vaxtlarda 5555 manat dəyərində ehtiyyat hissələrinin oğurlandığını bildirib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri Mail Fərziyev və Tural Muradlı olduğu müəyyən edilib. Hər iki şəxs törətdiyi əməli etiraf edərək bildiriblər ki, müxtəlif vaxtlarda oğurladıqları ehtiyat hissələrini rayondakı metal qəbulu məntəqəsinə satıblar.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az