!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Magistrlar da təhsil müəssisəsini dəyişə bilər?

!Reklam – Yazi

Magistratura səviyyəsində təhsil alan tələbələrin köçürülməsi qaydaları açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallara cavab verilərkən bildirilib.

Qeyd edilib ki, magistratura səviyyəsində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlər aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.

Qeyd 1: Magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.

Qeyd 2: Magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

COP29

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv