Mahaçqalada iğtişaş: Aeroportda onlarla reys təxirə salındı

media-hightechnic-468x90

Ötən gün baş verən iğtişaşlar səbəbindən hava limanı bağlandıqdan sonra bazar ertəsi Mahaçqala hava limanında onlarla reys ləğv edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, aeroportun məlumatına əsasən, Mahaçqaladan uçmalı olan 10, hava limanına çatmalı olan 10 reys təxirə salınıb.

O cümlədən, Mahaçqalanı Moskva, Nijni Novqorod, Soçi, Surqut, Sankt-Peterburq, Perm və İstanbulla birləşdirən reyslər ləğv edilib.

Pobeda, Azimut, İkar, Red Wings, Smartavia aviaşirkətlərinin reysləri ləğv edilib.

Həmçinin, hava limanının saytının məlumatına əsasən Yekaterinburqa uçan reys gecikib.

Oktyabrın 29-da Mahaçqala hava limanında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Tel-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni pisləyib və bunu təxribatla əlaqələndiriblər.

Oktyabrın 31-dək hava limanı gəliş və gediş-gəliş üçün bağlıdır./Qaynarinfo

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05