!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MakDonalds”da soğan onlarla insanı zəhərlədi, bir nəfər öldü

!Reklam – Yazi

“MakDonalds” restoranlarında istifadə edilən doğranmış soğan ABŞ-da 90 nəfərin zəhərlənməsinə səbəb olub.

Yenicag.az xəbər verir ki, bunu xarici media ABŞ səhiyyə rəsmilərinə istinadən yayıb.

Məlumata görə, zəhərlənməyə səbəb olan E. coli epidemiyasının mənbəyi doğranmış soğan olub.

Bildirilib ki, 13 ştatda yoluxma halları qeydə alınıb. Koloradoda 29, Montanada isə 17 yoluxma təsdiqlənib. Koloradoda bir nəfər ölüb.

“MakDonalds” bəzi ştatlarda bu menyudan soğanı çıxarıb.

ABŞ-da zəhərlənmə xəbərindən sonra “MakDonalds”un səhmləri ucuzlaşıb.

COP29

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv