!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makedoniyanın yeni adı - Baş nazir açıqladı

!Reklam – Yazi

Makedoniyanın baş naziri Zoran Zaev ölkənin yeni adı ilə bağlı ən optimal variantı açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, bu gün mətbuata açıqlamasında bildirib ki, ölkəsi bundan sonra “İlinden Makedoniyası” adlandırıla bilər.

Məlum olduğu kimi, Yunanıstanla Makedoniya arasında bu məsələ ilə bağlı təxminən 30 ilə yaxındır ki, mübahisə gedir. Məsələ burasındadır ki, yunanlar özlərinin Makedoniya bölgəsinin adının başqa bir ölkənin adı olmasından narazıdırlar. Bu üzdən də Makedoniya dövləti artıq neçə ildir bu mübahisələrə son qoymaq üçün fərqli ad axtarışındadır. Sözügedən mübahisə hətta Makedoniyanın NATO və Avropa Birliyinə qoşulmasına da maneə törədir.

Zaev isə bu gün verdiyi açıqlamada Yunanıstandan olan həmkarı Aleksis Tsipras ilə görüşdə ortaq məxrəcə gəldiklərini bildirib. Onun sözlərinə görə, yunanlar da onun ölkəsinin “İlinden Makedoniyası” adlandırılmasının əleyhinə deyillər.

Ölkənin yeni adı ilə bağlı yekun qərarı isə xalq verəcək. Belə ki, bunun üçün referendumun təşkili gözlənilir. Xalq da razılıq verəcəyi halda, sözügedən ölkə “İlinden Makedoniya Respublikası” adını alacaq.

COP29

www.yenicag.az

1693
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv