Malidə silahlı hücum: 37 kəndçi öldürüldü

media-hightechnic-468x90

Malidə silahlı şəxslərin kəndə hücumu nəticəsində 37 nəfər ölüb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mopti əyalətində baş verib.

Məlumata görə, “Dozos” silahlı qrupu Bankas şəhərinin Koulogon kəndinə hücum edib. Moteskiletlərlə hücum edən silahlılar Fulani qəbiləsinin yaşadığı kənddə 37 nəfəri öldürüb. Ölənlərin arasında qadın və uşaqlar da var.

Qeyd edək ki, Fulani qəbiləsi, əsasən, Malinin mərkəzi bölgələrində yaşayır, maldarlıqla məşğul olurlar. Son illərdə bölgədə tez-tez terror aktları törədilir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600