Rusiyanın Volqoqrad şəhərində yaşayan 10 yaşlı oğlan uşağı maraqlı bir iddia irəli sürüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Boriska Kipriyanoviç adlı uşaq doğulmazdan əvvəl Marsda yaşadığını söyləyib. Boriskanın anası isə onun xüsusi uşaq olduğunu, doğulduqdan iki həftə sonra başını dik saxladığını, bir neçə ay sonra danışdığını, 1,5 yaşına çatanda isə oxumağı öyrəndiyini bildirib. Uşağın müəllimləri də Boriskanın iti zəkasına və tezqavrama məharətinə məəttəl qaldıqlarını söyləyiblər.
Ailəsi onun kiçik yaşlardan tez-tez kosmos, xüsusən də, Mars haqqında danışdığını deyirlər. Baxmayaraq ki, evdə ümumiyyətlə, bu barədə söhbət olmurmuş. Boriskanın sonuncu iddiası isə hamını təəccübləndirib. O, doğulmazdan əvvəl Marsda yaşadığını, planetdə çoxlu müharibələrin olduğunu söyləyib. Həmçinin, uşaq bildirib ki, marslılar karbon qazı ilə nəfəs alır və yerin altında yaşayırlar. Marsda yaşayanların planetlərarası səyahət etməyi bacardığını söyləyən Boriska əvvəlki həyatında pilot olduğunu və Yer kürəsinə səfər etdiyini bildirib.
“Əl-Giza şəhərindəki “Böyük sfinks” açılanda bütün bəşəriyyətin taleyi dəyişəcək. Yerini tam xatırlamıram, amma sfinksin qulağının arxasında gizli bir mexanizm var”.
Onun kosmos haqqında dərin biliyə malik olması elm adamlarını heyrətə salıb.
www.yenicag.az