Masada 13 yaşlı uşaq: Qanayan damar və iflic riski... - FOTO

media-hightechnic-468x90

– Oğlum öskürdükcə ağzından qan gəlməyə başladı. Üstü-başı qan oldu. Daha öncə belə bir hal  olmamışdı. Çox qorxduq, uşağa nə oldu deyə? 

Elə suala cavab tapmaq üçün atası 13 yaşlı Muradı (red.:ad şərtidir) uşaq xəstəxanasına aparır. Orada pnevmoniya, ağciyərin sətəlcəmi diaqnozu qoyulur.-Dedilər, oğlun pnevmoniyadır, antibiotik müalicəsinə başlamalıyıq. İnternetə daxil olub, axtarış etdim. Gördüm, pnevmoniya xəstəliyində qızdırma olur. Muradda isə hərarət yox idi. Nəsə, ürəyimə yatmadı. Uşağı evə apardım.

Ata Akif Məmmədov (red.:ad şərtidir) yenidən həkim axtarışına başlayır. Bu dəfə seçimi uşaq cərrahı Vüsal Cəfərov olur.media-111

Vüsal Cəfərov (uzman uşaq cərrahı):

 -Xəstəni qanaxma şikayəti ilə atası gətirdi. İlkin müayinədən  sonra ağciyərdən şübhələndim. Ağzından gələn qan da köpüklü idi. Kompyuter tomoqrafiyasından (KT) sonra radioloq Dr. Eldəniz Hüseynov tərəfindən pasiyentə diaqnoz qoyuldu.  

ƏSLİNDƏ UŞAĞIN XƏSTƏLİYİ NƏ İDİ?

-Sadə dillə desək, xəstədə anadangəlmə ağciyərlə bronx arasında əlavə damarlar vardı. Sağlam insanda bu damarlar olmur. Öskürəndə təzyiq artır və damarlar partlayır. Nəticədə qanaxma baş verir. Bu ciddi və həyati risk daşıyan xəstəlikdir. Qan ağciyəri tamam tuta və xəstənin ölümünə səbəb ola bilər. Odur ki, təcili müdaxilə lazım idi. Amma mən əməliyyat etmədim. Xəstəni invaziv radioloqa yönəltdim. 

NİYƏ MƏHZ İNVAZİV RADİOLOQA? 

-Çünki invaziv radiologiya bu xəstəliyin müalicəsində müasir yanaşmadır. İnvaziv radioloq 2-3 mm-lik kəsikdən daxil olaraq, o damarları bağlaya bilər. Belə bir imkan var ikən, niyə pasiyenti cərrahi travmaya məruz qoyum? Təsəvvür edin, uşağa anesteziya (narkoz) ver, döş qəfəsini kəs, əlavə ürək-damar cərrahı çağır, 7-8 saat əməliyyat et, böyük ehtimalla xəstə bir neçə gün reanimasiyada, 5-10 gün xəstəxana yatacaq. Hələ yara yerinin ağrısı… Dəyərmi? Üstəlik, cərrahın əməliyyat zamanı gözündən qaçırdığı çox kiçik damarlar da ola bilər. Amma invaziv radioloq rentgen altında bütün xəstə damarları görür. Odur ki, pasiyenti invaziv radioloq Nicat Alışevə yönəltdim.media-1

7-8 SAATLIQ AĞIR ƏMƏLİYYATI ƏVƏZ EDƏN YENİ ÜSUL

Beləcə, Vüsal həkimin tövsiyyəsi ilə Akif Məmmədov oğlunu Dr. Nicat Alışevin qəbuluna aparır.

-Nicat həkim bizi xoş qarşıladı. Müayinə cavablarına baxıb, qanaxmaya səbəb olan damarları bağlaya biləcəyini dedi.  Bizə izah etdi ki, uşaq bildiyiniz ənənəvi şəkildə əməliyyat edilməyəcək, heç bir yeri kəsilməyəcək. Sadəcə biləkdən nöqtə boyda kəsik edib, qanayan damarları ləğv edəcəyəm. Bunu eşidəndə həm çox təəccübləndik, həm də sevindik! 

Bakı, 25.07.2025-ci il, saat 15:00, palata 1005 

Pasiyent Murad Məmmədov elə həmin gün Dr.Nicat Alışev tərəfindən uğurla əməliyyat olunur. Cəmi 2 saat davam edən əməliyyatdan sonra uşaq xəstəlikdən tamam azad olur.

BIÇAQSIZ, KƏSİKSİZ ƏMƏLİYYAT NECƏ İCRA EDİLİR?

(Gerçəyə çevrilən möcüzə) 

Əməliyyatdan 5 saat sonra palatada gəzən Muradı anası ilə baş-başa qoyub, keçirik Dr. Nicat Alışevin otağına. Görək, bıçaqsız əməliyyatı necə həyata keçirir?media-2

Nicat Alışev (uzman invaziv radioloq):

-Murad balamızı mənə Vüsal həkim yönəltdi. Belə xəstələri gecə-gündüz demədən qəbul edirik.  Çünki bu pasiyentlərə təcili müdaxilə lazımdır. Əks halda həyatlarını itirə də bilərlər. Muradı elə günün II yarısı əməliyyat etdik. Əl biləyindən 2 mm-lik kəsik açıb, çox kiçik tel ilə damara daxil olduq. Damar boyu irəliləyərək ağciyər damarlarına çatdıq. Aşkarladığımız bütün xəstə damarları embolizasiya etdik, yəni bağladıq. 

“KİÇİK BİR XƏTA UŞAĞIN ÖMÜRLÜK İFLİC OLMASI İLƏ NƏTİCƏLƏNƏ BİLƏRDİ”

-Bəli, bıçaqsız əməliyyat deyirik, amma bu yeni üsulun da öz riskləri var. Məsələn, 1-2 mm-lik damara etdiyimiz müdaxilə zamanı ən kiçik xəta ciddi ağırlaşma ilə nəticlənə bilər. Odur ki, bu işdə təcrübə çox önəmlidir. Muradda 2 çətin damar vardı. İkincisi daha riskli idi. Belə ki, ikinci damar beyin damarının düz kökündən çıxırdı. Xəstə damarı bağlamaq üçün istifadə edəcəyimiz maddənin kiçik bir hissəsi beyin damarına düşsə, uşaqda qalıcı iflic yarana bilərdi. Əməliyyat zamanı belə bir çətin durumla üz-üzə qaldıq…

Masada 13 yaşlı uşaq, bağlanması vacib olan damar və iflic riski…

Nicat Alışev hansı qərarı verəcək?

-Əməliyyatxanada o an bir qərar verməlisən. Və bu qərardan masadakı xəstənin bütün gələcək həyatı asılıdır. Belə çətin durumlarda həkimin dadına aldığı təhsil və təcrübə çatır. Mən beyinə gedən damarın yolunu kəsmək üçün balondan istifadə etdim. Beləcə xəstə damarı yandırmaq üçün istifadə etdiyimiz maddə beyinə getmədi və əməliyyat uğurla başa çatdı. Qanamaya səbəb olan bütün damarları bağladıq. 

Murad əməliyyatın səhəri günü evə yazılır və normal həyatına geri dönür. Atası onu yenidən müayinə üçün Vüsal həkimin yanına aparır.

Vüsal Cəfərov:

 -Muradın təkrar rentgenini çəkdik. O görüntünü sizə də göstərə bilərəm. Nicat həkim işini uğurla icra etmişdi. Qanamağa səbəb olan damarların hamısı bağlı idi. Muradı yenə də təqibdə saxlayırıq. Amma həyatına sağlam şəkildə davam edir. Ailə xoşbəxt, uşaq xoşbəxt… 

Könül CƏFƏRLİ

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa