Masallıda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi vətəndaşların qəbul edib.
Yenicag.az xəbər verir ki, 05 Avqust 2023 il tarixində Masallı şəhərində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrası çərçivəsində vətəndaşların qəbulu keçirilib.
Qəbulda vətəndaşlara hüquqi yadım göstərilib və onları narahat edən problemlər haqqında məsləhət verilib. Vətəndaşlar tərəfindən yerli və mərkəzi içra hakimiyyətinə müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunub.
www.yenicag.az