MDB-nin sammitində 15 sənəd qəbul olunub

media-hightechnic-468x90

thumb_sammit_99Bu gün Belarusun paytaxtı Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının toplantısında Birlik ölkələri dar və geniş formatlı 15 sənəd imzalayıblar.

Sənədlərdə əksini tapan əsas mövzular humanitar, təhlükəsizlik təminatı və digər sahələrdə dövlətlərarası əməkdaşlığın davamlı inkişafıdır.

Toplantıda “Narkotik maddələr üzərində beynəlxalq nəzarətin saxlanması və möhkəmləndirilməsi barədə” bəyanat qəbul edilib.

Bundan başqa, MDB ölkələrinin regionlararası əməkdaşlığının inkişafı, “Birliyin mədəni paytaxtları”, “2015-2019-cu illərdə MDB ölkələrinin qanunsuz miqrasiyaya qarşı fəaliyyətdə əməkdaşlığı barədə proqram”, “MDB dövlətlərinin insan alverinə qarşı əməkdaşlıq konsepsiyası barədə” dövlətlərarası proqramının həyata keçirilməsi barədə qərarlar qəbul edilib. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600