MDB Şurasına üzv seçilən alimimiz

media-hightechnic-468x90

79698Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Müstəqil Dövlətlər Birliyinin (MDB) Gənc Alimlər Şurasında təmsil olunacaq. Belə ki, AMEA GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov MDB ölkərinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü seçilib.

Moskva şəhərində keçirilən tədbirdə AMEA GAMŞ-ın elmi-ictimai fəaliyyəti haqqında məruzə edən F.Salmanov Şuranın gələcək hədəflərinə müvafiq olaraq MDB ölkələrində fəaliyyət göstərən anoloji Şuralarla əməkdaşlığın vacib olduğunu bildirib. O deyib ki, bu məqsədə nail olmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.

Məruzə dinləyicilər tərəfindən müsbət qarşılanıb və Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600