!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət Nazirliyində "MƏDƏNİ" FIRILDAQ: "Attestasiya aparılsa, əksər işçilərin ali təhsili olmadığı üzə çıxacaq"

!Reklam – Yazi

“Əslində bu nazirlikdə kağız üzərində kənd mədəniyyət mərkəzləri, virtual kitabxanalarda işləyən şəxslərin attestasiyası aparılarsa, onların böyük əksəriyyətinin ali təhsili olmadığı üzə çıxacaq”.

Bu sözləri Mədəniyyət Nazirliyində ali təhsili olmayan şəxslərin müəyyən vəzifələrdə yer almasına münasibət bildirən yazıçı, kulturoloq, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, çoxsaylı islahat, həbs və vəzifə dəyişikliklərinin təəssüf ki, faydasını görmürük:

“Mədəniyyət Nazirliyində aparılan çoxsaylı islahat, həbs və eyni zamanda vəzifə dəyişiklikləri əvvəl-axır bir keyfiyyət dəyişikliiyinə gətirib çıxarmalıydı. Lakin təəssüflər olsun ki, həmin dəyişiklikləri görmürük. Günü-gündən bu nazirliyin həm əvvəlki, həm də indiki rəhbərliyi altında olan işlərin sanki gerilədiyini müşahidə edirik.

Sözügedən nazirlik büdcədən kifayət qədər böyük məbləğdə vəsait alan, Təhsil və Səhiyyə Nazirliklərindən sonra ən çox işçisi olan bir strukturdur. Əslində, bu nazirlikdə kağız üzərində kənd mədəniyyət mərkəzləri, virtual kitabxanalarda işləyən şəxslərin attestasiyası aparılarsa, onların böyük əksəriyyətinin ali təhsili olmadığı üzə çıxacaq. Bu siyahıya tamamən başqa profildə təhsil alan, amma qeyd edilən sahədə işləyən insanlar da daxildir.

Əlbəttə, fərdlərin istedadını dəyərləndirik. Əgər tapşırılan işi layiqincə bacarırsa, ona iş vermək olar. Lakin vəziyyət bu dərəcədə olmamalıdır. O zaman belə çıxır ki, bir sürücünü həkim vəzifəsində işlətmək olar? Mümkün deyil. Mədəniyyət çox spesifik sahədir və bu nazirliyin nəzdində çalışanlar bunu anlamalıdır. Onlar başa düşməlidirlər ki, XXI əsr məhz kreativ düşüncə dövrüdür. Mədəniyyət də bu düşüncənin real və fiziki formasıdır. Əgər biz sözügedən sahəni inkişaf etdirmək istəyiriksə, bu sahədə olan mütəxəssislərin rəyi və iştirakı ilə vəzifə bölgüsü aparmalıyıq.

Bildiyimiz kimi, adı çəkilən nazirliyin bir çox sahələrində pul yeyintiləri olub, vəzifədən sui-istifadə edən şəxslər vəzifəsindən uzaqlaşdırılıblar. Bəs onların yerinə gələn şəxslər yenədəmi eyni fəaliyyəti göstərirlər? Bunlara kim nəzarət edir? Vəzifədən çıxarılan şəxslər məsuliyyətə cəlb ediliblərmi? Mən inanıram ki, yaxın gələcəkdə bu kimi suallara cavab tapacağıq. Əgər yeni nazir səlahiyyətlərini lazımınca yerinə yetirsə, problemlərin həllini görə bilərik. İstənilən halda bu sahədə işləyən şəxslərin attestasiyası lazmdır və cəmiyyət bu şəxslərin bacarıqlarından məlumatlı olmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

1163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv