Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibini təsdiq edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.
www.yenicag.az