Mədət Quliyev XİN-in İdarə rəisi ilə görüşüb

media-hightechnic-468x90

скачанные файлыƏdliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi Seyid Kazım Səccadi, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və İranın Azərbaycandakı baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

İran XİN-in Xaricdə Yaşayan İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid Kazım Səccadi Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılan şəraitdən məmnun olduqlarını ifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600