Medvedev İrəvana gəlir
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana gedir.
Bunu Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib.
Onun sözlərinə görə, səfər sentyabrın 8-9-da baş tutuacaq.
Abramyan bildirib ki, D.Medvedevin onun avqust-sentyabr aylarında Gürcüstan, İran və Rusiya baş nazirləri ilə görüşü nəzərdə tutulub. O, görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müzakirə ediləcəyini deyib.
Ermənistan baş naziri bəyan edib ki, avqustun 21-22-də isə Gürcüstanın baş naziri İrakli Qaribaşvili İrəvana səfər edəcək.