Mehdiyevanın vəzifəsi Misir Mərdanova həvalə edilir

media-hightechnic-468x90

Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Yenicag.az Modern.az-a istinadla xəbər verir ki, o, daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyatı kafedrasına rəhbərlik edəcək.

İddia olunur ki, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və “Ramiz Mehdiyev işi”dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir.

Universitetə yaxın mənbələr də məlumatı təsdiqləyirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa