Məhkəmə Rauf Mirqədirovun lehinə qərar verdi

media-hightechnic-468x90

kHəbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində onun müraciəti təmin edilib.

Jurnalistin vəkili Fuad Ağayevin verdiyi məlumata görə, məhkəmədə Nəsimi Rayon Məhkəməsi tərəfindən (hakim Babək Pənahov) yol verilmiş pozuntunun aradan qaldırılması və protokolda qeyd olunanların dəqiqləşdirilməsi üçün iş Nəsimi Rayon Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Nəsimi Rayon Məhkəməsinin onların yazılı qeydini nəzərə almadığına görə, işin Apelyasiya Məhkəməsindən geri qaytarılması üçün müraciət etmişdi.

Bu ilin aprel ayında Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs olunmuşdu. O, dövlətə xəyanətdə ittiham olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600