Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərlə bağlı statistika məlum olub.
Yenicag.az xəbər verir ki, 2019-cu ildə məişət zorakılığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən 1358 nəfərin zərər çəkdiyi qeydə alınıb. Onlardan 1038 nəfəri qadınlardır, 12 nəfəri 18 yaşdan aşağı qızlar, 1 nəfər isə hamilə olub.
Ötən il məişət zorakılığı nəticəsində 37 qadın öldürülüb, onlardan biri də 18 yaşına çatmamış qız olub.
24 qadını öldürməyə cəhd edilsə də, onların həyatını xilas etmək mümkün olub. Bu qadınlardan birinin hamilə olduğu, ikisinin isə yeniyetmə olduğu qeydə alınıb.
Döyülmə nəticəsində 23 qadın ağır, 94 qadın az ağır, 831 qadın yüngül xəsarətlər alıb.
Səkkiz qadına əzab verildiyi qeydə alınıb, onlardan ikisi də 18 yaşına çatmamış qızlar olub.
İki qadın öldürülməklə hədələnib.
Qeyd edək ki, bu rəqəmlər hüquq-mühafizə orqanlarına edilən şikayətlər nəticəsində rəsmi olaraq qeydə alınan cinayətlərin sayıdır.
www.yenicag.az