Məktəb avtobusu aviazərbələrə tuş gəlib
Suriyada məktəb avtobusu hökumət qüvvələrinin aviazərbələrinə məruz qalıb.
İdlib əyalətində baş vermiş hadisə nəticəsində 4 şagird həlak olub, 10 nəfər yaralanıb.
Ölənlərin sayının artacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 22-də Suriya hökumət qüvvələri İdlib əyalətində “Cebhat ən Nusra” terrorçu qruplaşmasının 13 səhra komandirini öldürüb. Əyalətin böyük hissəsi “Cebhat ən Nusra” terrorçularının nəzarətində olsa da, İdlib şəhərinin özünə hökumət qüvvələri nəzarət edir.